Ev Hərbi XəbərlərSamara vilayətinə kütləvi dron hücumu: mülki obyektlərə ziyan dəyib

Samara vilayətinə kütləvi dron hücumu: mülki obyektlərə ziyan dəyib

by Baş Redaktor
27 Baxış

Rusiyanın Samara vilayətində Ukrayna Silahlı Qüvvələrinin genişmiqyaslı dron hücumu qeydə alınıb.

Army.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Fedorişev məlumat yayıb.

Onun sözlərinə görə, hücum zamanı əsas hədəf regiondakı sənaye müəssisələri olub. Zərbələr nəticəsində bir sıra mülki infrastruktur obyektlərinə, yaşayış evlərinə və avtomobillərə ziyan dəyib.

Qubernator hücum zamanı çox sayda pilotsuz uçuş aparatının məhv edildiyini bildirib.

banner

Fedorişevin sözlərinə görə, hazırda operativ xidmətlərin əməkdaşları ərazidə araşdırma aparır və hücumun nəticəsində yaranan dağıntı və zərərin miqyası dəqiqləşdirilir.

Əlaqəli Yazılar Xüsusi