Ev TexnologiyaRusiyada dronları səsindən aşkarlayan yeni sistem hazırlanıb

Rusiyada dronları səsindən aşkarlayan yeni sistem hazırlanıb

by Baş Redaktor
26 Baxış

Rusiyada hazırlanmış “Hörümçək” (“Паук”) sistemi Ukrayna Silahlı Qüvvələrinə məxsus dronları səs siqnallarına əsasən aşkarlaya biləcək.

Army.az xəbər verir ki, bu barədə “İzvestiya”ya Rusiyanın “Uşkuynik” Elmi-İstehsalat Mərkəzinin nümayəndələri məlumat veriblər.

Məlumata görə, sistem müxtəlif ərazilərdə yerləşdirilən müstəqil səs sensorlarından ibarət şəbəkə əsasında işləyir. Sensorların bir hissəsi hava vasitəsilə əvvəlcədən müəyyən edilmiş əraziyə buraxıla bilər.

Sistemin imkanlarına dronun uçuş sürətini və istiqamətini müəyyənləşdirməklə yanaşı, onun hansı tip pilotsuz uçuş aparatı olduğunu təyin etmək də daxildir.

banner

Kiçik dronların aşkarlanma məsafəsi təxminən 200 metr, iri pilotsuz aparatların müəyyən edilməsi məsafəsi isə 1 kilometrdən çoxdur.

Layihənin hazırlayıcılarından Mixail Budyonnı bildirib ki, neyron şəbəkə texnologiyalarından istifadə sayəsində sistem yeni dron modellərini də tanımaq üçün öyrədilə bilər.

Hərbi ekspert Yuri Lyamin isə yeni sistemin əsas üstünlükləri sırasında onun nisbətən əlçatan olmasını və çoxsaylı sensorlardan ibarət paylanmış şəbəkə sayəsində yüksək dayanıqlılığa malik olmasını qeyd edib.

Əlaqəli Yazılar Xüsusi