Ev Hərbi XəbərlərŞirqulami: Yalnız sülh ritorikası davamlı sabitlik yaratmır

Şirqulami: Yalnız sülh ritorikası davamlı sabitlik yaratmır

by Baş Redaktor
14 Baxış

İranın Ermənistandakı səfiri Xəlil Şirqulami Ermənistan və Azərbaycan arasında davamlı sülhün təmin olunması üçün regionda güc balansının qorunmasının vacibliyini vurğulayıb.

Army.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Şirqulami bildirib ki, tərəflər arasında uzunmüddətli və sabit sülhə nail olmaq üçün mövcud reallıqlar nəzərə alınmalı, Ermənistanla Azərbaycan arasında real güc balansı formalaşdırılmalıdır.

Diplomatın sözlərinə görə, sülh barədə siyasi bəyanatların səsləndirilməsi vacib olsa da, yalnız ritorika əsasında davamlı sülh qurmaq mümkün deyil.

banner

O qeyd edib ki, İran regionda yeni güc balansının yaradılmasına yönəlmiş siyasət yürüdür və bunu uzunmüddətli sabitliyin əsas şərtlərindən biri hesab edir. Şirqulaminin fikrincə, belə bir balansın olmadığı şəraitdə vəziyyət kövrək olaraq qalır və yalnız sülh arzusu regionda dayanıqlı təhlükəsizliyin təmin edilməsi üçün kifayət etmir.

“Ərazi və geosiyasi baxımdan status-kvo mütləq qorunmalıdır. Bu, İranın fundamental mövqeyidir”, – Şirqulami vurğulayıb.

Əlaqəli Yazılar Xüsusi