Ev DünyaSeuldan Kiyevə narazılıq: Ukrayna diplomatı XİN-ə çağırıldı

Seuldan Kiyevə narazılıq: Ukrayna diplomatı XİN-ə çağırıldı

by Baş Redaktor
65 Baxış

Cənubi Koreya Xarici İşlər Nazirliyi Ukraynanın ölkədəki səfiri vəzifəsini icra edən Andrey Veşkini quruma çağırıb.

Army.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Diplomatın XİN-ə çağırılması Kiyevin iki Şimali Koreya hərbi əsirinin Cənubi Koreyaya təhvil verildiyini açıqlamasından sonra baş verib.

Seul hesab edir ki, Ukrayna əsirlərin təhvil verilməsi prosesinin məxfi saxlanılması və Şimali Koreya hərbçilərinin təhlükəsizliyinin qorunması ilə bağlı razılaşmanı pozub. Bu səbəbdən Cənubi Koreya tərəfi Ukrayna diplomatından XİN-ə dərhal gəlməsini tələb edib.

banner

Bununla yanaşı, Ukrayna mediası prezident administrasiyasındakı mənbəyə istinadən Kiyev və Seul arasında belə bir məxfilik sazişinin ümumiyyətlə mövcud olmadığını bildirib.

Əlaqəli Yazılar Xüsusi