Türkiyənin BMC şirkəti tərəfindən istehsal olunan PAMİR 4×4 taktiki maşını ilk dəfə Azərbaycanda nümayiş etdirilib.
Army.az xəbər verir ki, çoxməqsədli zirehli taktiki avtomobil ADEX-2026 – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində Bakı Ekspo Mərkəzində təqdim olunub.
PAMİR 4×4 əsasən aşağı təhlükə səviyyəsinə malik ərazilərdə patrul xidmətinin həyata keçirilməsi, logistika və rabitə tapşırıqları üçün nəzərdə tutulub. Maşın eyni zamanda şəxsi heyətin və müxtəlif yüklərin daşınmasında istifadə oluna bilər.
Çətin relyef və mürəkkəb şəraitdə təhlükəsiz hərəkətin təmin edilməsi məqsədilə avtomobil kamuflyaj örtüyü, müasir işıqlandırma sistemi və gücləndirilmiş ön barmaqlıq konstruksiyası ilə təchiz edilib.
