İran Prezidenti Məsud Pezeşkian Azərbaycanla iqtisadi əlaqələrdə son dövrdə müsbət dinamikanın müşahidə olunduğunu bildirib.
Army.az xəbər verir ki, Pezeşkian sahibkarlarla görüşündə iqtisadi diplomatiyanın gücləndirilməsi və qonşu dövlətlərlə ticarət əlaqələrinin genişləndirilməsi məsələlərinə toxunub.
İran liderinin sözlərinə görə, son zamanlar Azərbaycan-İran iqtisadi münasibətlərinin səviyyəsi yüksəlib:
“Tehran qonşu ölkələrlə qarşılıqlı əlaqələrin genişləndirilməsi və gömrük sahəsində mövcud maneələrin azaldılması istiqamətində addımlar atır. Dəniz daşımalarında mövcud məhdudiyyətlərə baxmayaraq, ixrac və idxal imkanlarının quru sərhədləri vasitəsilə artırılması üçün bir sıra maneələr aradan qaldırılıb.
Bu istiqamətdə Azərbaycanla yanaşı, Pakistan, İraq və Türkmənistanla iqtisadi əlaqələrin genişləndirilməsinə də diqqət yetirilir”.
