Ev Hərbi XəbərlərZelenski: “Ukrayna, Rusiya və ABŞ arasında yeni danışıqlar keçirilə bilər”

Zelenski: “Ukrayna, Rusiya və ABŞ arasında yeni danışıqlar keçirilə bilər”

by Baş Redaktor
52 Baxış

ABŞ Ukrayna, Rusiya və ABŞ arasında yeni üçtərəfli görüşün keçirilməsini təklif edib.

Army.az xəbər verir ki, bu barədə Ukrayna KİV məlumat yayıb.

Ukrayna Prezidenti Volodimir Zelenskinin sözlərinə görə, görüşün oktyabrın sonlarında texniki səviyyədə keçirilməsi planlaşdırılır. Danışıqlar üçün Birləşmiş Ərəb Əmirlikləri və ya başqa bir ölkə nəzərdən keçirilir.

Zelenski bildirib ki, Kiyev danışıqların keçirilməsinə müsbət yanaşır və Moskvanın cavabını gözləyir. ABŞ-ın təklif etdiyi üçtərəfli formatın detalları ilə bağlı tərəflər arasında məsləhətləşmələrin davam etdiyi bildirilir.

banner

Əlaqəli Yazılar Xüsusi