Ev Dünya“Hazırda heç bir perspektiv yoxdur” – Rubio Ukrayna münaqişəsindən danışdı

“Hazırda heç bir perspektiv yoxdur” – Rubio Ukrayna münaqişəsindən danışdı

by Baş Redaktor
62 Baxış

Ukrayna münaqişəsinin hazırda danışıqlar yolu ilə həlli üçün real perspektiv görünmür, lakin ABŞ mümkün diplomatik prosesdə konstruktiv rol oynamağa hazırdır.

Army.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio “Kathimerini” qəzetinə müsahibəsində bildirib.

Rubio qeyd edib ki, Vaşinqton münaqişənin diplomatik yolla başa çatdırılması istiqamətində mümkün rolunu oynamağa hazırdır. Eyni zamanda ABŞ tərəfi qarşıdurmanın daha da genişlənməsi ehtimalını narahatlıqla izləyir.

“Hazırda danışıqlar yolu ilə nizamlanma üçün heç bir perspektiv görünmür. Bununla belə, bu məqsədə çatmaq üçün mümkün olan istənilən rolu oynamağa hazırıq. Diplomatik həllə nail olunmasına konstruktiv töhfə verməyə hazırıq və eyni zamanda münaqişənin eskalasiyası ehtimalını böyük narahatlıqla izləyirik”, – Rubio deyib.

banner

Dövlət katibi oktyabrın 6-da da ABŞ-ın əsas diqqətinin Ukraynada münaqişənin sona çatdırılmasına yönəldiyini açıqlamışdı. Onun sözlərinə görə, hazırda Ukraynadakı vəziyyət böhranın başa çatmasına doğru inkişaf etmir.

Əlaqəli Yazılar Xüsusi