Ev DünyaRusiya ABŞ-nin Raul Kastronun həbsi ilə bağlı qərarını pislədi

Rusiya ABŞ-nin Raul Kastronun həbsi ilə bağlı qərarını pislədi

by Baş Redaktor
50 Baxış

Rusiya ABŞ-nin Kubanın keçmiş lideri Raul Kastronun həbsi ilə bağlı order verməsinə etiraz edib.

Army.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.

Rusiya XİN Vaşinqtonun irəli sürdüyü ittihamları əsassız hesab edərək, bu addımın Kubaya qarşı mövqeyi ilə seçilən Mayami mərkəzli lobbinin qisas cəhdi olduğunu iddia edib.

Bəyanatda vurğulanıb ki, Raul Kastroya qarşı 30 ildən artıq müddət keçdikdən sonra irəli sürülən ittihamlar siyasi motivlər daşıyır. Rusiya tərəfi bunu iyun ayında 95 yaşını qeyd edən keçmiş Kuba lideri ilə hesablaşmaq cəhdi kimi qiymətləndirib.

banner

Rusiya Xarici İşlər Nazirliyi, həmçinin ABŞ-nin Kubaya tətbiq etdiyi embarqonun ölkədəki iqtisadi və sosial çətinlikləri ağırlaşdırdığını bildirib. Moskvanın fikrincə, vəziyyətin daha da gərginləşməsi Kubada sosial iğtişaşlara, əhalinin region ölkələrinə kütləvi miqrasiyasına və həmin dövlətlərdə böhran riskinin artmasına səbəb ola bilər.

Əlaqəli Yazılar Xüsusi