Polşanın Ukraynaya verə biləcəyi “Patriot” hava hücumundan müdafiə sistemləri üçün əks-raket ehtiyatı kifayət qədər deyil.
Army.az xəbər verir ki, bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski PAP agentliyinə müsahibəsində açıqlayıb.
Nazirin sözlərinə görə, NATO üzvləri arasında bu tip hərbi vasitələri Ukraynaya təhvil vermək imkanına malik ölkələr mövcuddur. Lakin Polşa həmin dövlətlər sırasına daxil deyil.
Sikorski bununla ölkəsinin mövcud əks-raket ehtiyatlarının Ukraynaya əlavə yardım göstərmək üçün yetərli olmadığını vurğulayıb.
