Ev Hərbi XəbərlərPutinin sülh planında NATO amili: 1997-ci il sərhədləri gündəmə gələ bilər

Putinin sülh planında NATO amili: 1997-ci il sərhədləri gündəmə gələ bilər

by Baş Redaktor
21 Baxış

Rusiya Prezidenti Vladimir Putinin Ukrayna ilə bağlı sülh danışıqlarında NATO-nun genişlənməsinin 1997-ci il səviyyəsinə qaytarılmasına nail olmağa çalışdığı iddia edilir.

Army.az xəbər verir ki, bu barədə “The Telegraph” nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, belə bir tələb NATO qüvvələrinin Polşa, Estoniya, Latviya və Litvadan, eləcə də 2023-cü ildə alyansa qoşulan Finlandiyadan çıxarılmasını gündəmə gətirə bilər.

Adları çəkilən beş ölkənin hamısı Rusiya ilə həmsərhəddir.

banner

Belə bir ssenarinin reallaşması NATO-nun Şərqi Avropadakı hərbi mövcudluğuna ciddi təsir göstərə bilər. Bununla belə, Putinin danışıqlarda məhz bu tələbi irəli sürəcəyi barədə məlumat nəşrin iddiası kimi qiymətləndirilməlidir.

Əlaqəli Yazılar Xüsusi