Ev Dünyaİranla sərhəd keçidinə görə təhdidlər: İraqda yüksək vəzifəli şəxs saxlanıldı

İranla sərhəd keçidinə görə təhdidlər: İraqda yüksək vəzifəli şəxs saxlanıldı

by Baş Redaktor
21 Baxış

İraqın Meysan əyalətinin Şura sədri Mustafa Dəir Əbdülhəsən həbs olunub.

Army.az xəbər verir ki, onun saxlanılmasına İranla sərhəd-keçid məntəqəsinin açılmaması halında itaətsizliyə çağırmaq və yolları bağlamaqla bağlı təhdidləri səbəb olub.

Bildirilib ki, İraq Baş nazirinin Administrasiyası Əbdülhəsənin səsləndirdiyi təhdidlərlə əlaqədar onun barəsində şikayət edib.

Əbdülhəsən İranla sərhəddə yerləşən Əl-Şeyb keçid məntəqəsinin açılmayacağı təqdirdə bütün yolları bağlayacağını bəyan etmişdi.

banner

Əlaqəli Yazılar Xüsusi