Ev Hərbi XəbərlərTramp: “İranla atəşkəs vaxt itkisi idi”

Tramp: “İranla atəşkəs vaxt itkisi idi”

by Baş Redaktor
21 Baxış

ABŞ Prezidenti Donald Tramp İranla yay aylarında əldə edilmiş müvəqqəti atəşkəs razılaşmasından narazı olduğunu açıqlayıb. O, həmin addımı vaxt itkisi kimi qiymətləndirib.

Army.az xəbər verir ki, bu barədə Tramp Missisipi ştatında Respublikaçılar Partiyasının tərəfdarları ilə görüşündə danışıb.

İranla müharibənin başlanmasına toxunan Ağ Ev rəhbəri Vaşinqtonun başqa çıxış yolunun olmadığını iddia edib. Onun sözlərinə görə, bu addım daha əvvəl atılmalı idi və hazırda davam edən prosesin də tezliklə başa çatacağını düşünür.

Tramp yayda əldə olunan razılaşmaya münasibətini belə ifadə edib: “Biz qısamüddətli atəşkəsə razılaşdıq, amma bu, mənim o qədər də xoşuma gəlmirdi. Mən bunu vaxt itkisi hesab edirdim”.

banner

Əlaqəli Yazılar Xüsusi