Ev DünyaMirzoyan: “TRIPP sülh sazişindən əvvəl işə düşə bilər”

Mirzoyan: “TRIPP sülh sazişindən əvvəl işə düşə bilər”

by Baş Redaktor
19 Baxış

Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalanmamışdan öncə “Tramp marşrutu” kimi tanınan TRIPP layihəsinin fəaliyyətə başlaması mümkün variantlardan biri kimi nəzərdən keçirilir.

Army.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentin plenar iclasında çıxışı zamanı danışıb.

Nazir bildirib ki, ilk növbədə sülh sazişinin imzalanmasını, daha sonra isə layihənin həyata keçirilməsini nəzərdə tutan ardıcıllıq məntiqli görünə bilər. Bununla belə, onun sözlərinə görə, real həyat həmişə nəzəri yanaşmalara uyğun inkişaf etmir.

Mirzoyan TRIPP layihəsinin regionda sülh prosesinə töhfə verə biləcəyini də vurğulayıb.

banner

Əlaqəli Yazılar Xüsusi