Ev DünyaPutinlə telefon danışığı: “Ukraynada müharibənin dayandırılması müzakirə olunub”

Putinlə telefon danışığı: “Ukraynada müharibənin dayandırılması müzakirə olunub”

by Baş Redaktor
39 Baxış

Finlandiya Prezidenti Aleksandr Stubb, Norveçin Baş naziri Yonas Qar Störe və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı zamanı Ukraynada müharibənin başa çatdırılması və diplomatik təmasların bərpası məsələləri diqqət mərkəzində olub.

Army.az xəbər verir ki, Finlandiya Prezidentinin rəsmi saytında yayılan məlumata görə, telefon danışığının əsas məqsədi müharibənin dayandırılmasına yönələn gələcək danışıqlarla bağlı mövqeləri birbaşa Rusiya liderinə çatdırmaq olub.

Stubb və Störe Ukraynaya dəstəyin davam etdiriləcəyini vurğulayıb, eyni zamanda müharibənin sona çatdırılması və danışıqlar prosesinin yenidən başlanmasının vacibliyini qeyd ediblər.

Finlandiya Prezidenti söhbətin səmimi və məzmunlu keçdiyini bildirib. Onun sözlərinə görə, Rusiyanın qonşuları olan Finlandiya və Norveç üçün müharibənin nəticələri, eləcə də Avropanın ümumi təhlükəsizliyi baxımından ciddi əhəmiyyət daşıyır. Stubb münaqişənin dayandırılması üçün birbaşa danışıqların zəruri olduğunu vurğulayıb.

banner

Norveçin Baş naziri Yonas Qar Störe isə müharibənin ağır maddi zərərlə yanaşı, insan tələfatına da səbəb olduğunu diqqətə çatdırıb.

Əlaqəli Yazılar Xüsusi