Ev DünyaXameneidən mesaj: İran irəli sürdüyü şərtlərin icrasını vacib sayır

Xameneidən mesaj: İran irəli sürdüyü şərtlərin icrasını vacib sayır

by Baş Redaktor
26 Baxış

İranın ali rəhbəri Müctəba Xamenei müharibənin dayandırılması və ölkənin “nə müharibə, nə də sülh” vəziyyətindən çıxması üçün Tehranın irəli sürdüyü şərtlərin yerinə yetirilməsinin vacibliyini bildirib.

Army.az xəbər verir ki, bu barədə İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayi Xamenei ilə görüşünün nəticələrindən danışarkən məlumat verib.

Rezayinin sözlərinə görə, ali rəhbər İran xalqının və “müqavimət oxu”na daxil olan qüvvələrin hüquq və maraqlarının təmin olunmasını əsas prioritetlərdən biri kimi qeyd edib. O bildirib ki, bunun üçün ölkə rəhbərliyinin irəli sürdüyü tələblərin yerinə yetirilməsi zəruridir.

Rezayi əlavə edib ki, görüşdə Hörmüz boğazının idarə olunması, eləcə də qonşu dövlətlərlə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi məsələləri də müzakirə olunub.

banner

Məlumata görə, Müctəba Xamenei görüş zamanı gündəmə gətirilən məsələlərlə bağlı müvafiq göstərişlər verib.

Əlaqəli Yazılar Xüsusi