Ev DünyaPutin İlon Maskı “dahi” adlandırdı: “Biz hələ ilk addımları atırıq”

Putin İlon Maskı “dahi” adlandırdı: “Biz hələ ilk addımları atırıq”

by Baş Redaktor
16 Baxış

Rusiya Prezidenti Vladimir Putin “SpaceX” şirkətinin rəhbəri İlon Maskı dahi adlandıraraq onun kosmik layihələrini yüksək qiymətləndirib.

Army.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Putin Rusiyanın “Rassvet” peyk rabitəsi layihəsinin başlanmasını şərh edərkən Maskın orbitdə 5 mindən çox peykinin olduğunu, Rusiyanın isə bu sahədə hələ ilk addımlarını atdığını bildirib.

Rusiya lideri kosmos məsələləri üzrə ABŞ və İlon Maskla sıx təmasda olduqlarını da qeyd edib.

banner

Xatırladaq ki, oktyabrın 7-də “Google”un keçmiş rəhbəri və texnologiya üzrə məsləhətçi Erik Şmidt “Rassvet” peyk sisteminin tam istifadəyə verilməsinin Rusiya hərbi qüvvələrinə Ukrayna qarşısında mühüm üstünlük qazandıra biləcəyini söyləyib. Layihə ABŞ-ın “Starlink” sisteminə alternativ kimi təqdim olunur.

Əlaqəli Yazılar Xüsusi