Qazaxıstanın Karaqandı vilayətinin Balxaş şəhərində naməlum şəxslər keçmiş SSRİ lideri Vladimir Leninin abidəsinin postamentinə təhqiramiz məzmunlu yazılar həkk ediblər.
Army.az xəbər verir ki, bu barədə “Novıy Vestnik” nəşri məlumat yayıb.
Şəhər administrasiyasından bildirilib ki, hadisə vandalizm kimi qiymətləndirilib və yazıların təmizlənməsi ilə bağlı tədbirlər görüləcək.
Rəsmi açıqlamada qeyd olunub ki, abidənin əvvəlki görkəminə qaytarılması üçün müvafiq işlər yaxın vaxtlarda həyata keçiriləcək.
Nəşrin məlumatına əsasən, sözügedən yazılar postamentin əhənglə ağardılmasından sonra üzə çıxıb.
