Ev DünyaTrampın Floridadakı iqamətgahının yaxınlığında HHM sistemləri yerləşdirilib

Trampın Floridadakı iqamətgahının yaxınlığında HHM sistemləri yerləşdirilib

by Baş Redaktor
24 Baxış

ABŞ Prezidenti Donald Trampın Floridada yerləşən Mar-a-Laqo iqamətgahının yaxınlığındakı üzən platformada “Avenger” tipli hava hücumundan müdafiə sistemləri yerləşdirilib.

Army.az xəbər verir ki, bu barədə “The Telegraph” nəşri “Palm Beach Daily News” tərəfindən yayımlanan fotolara istinadən məlumat yayıb.

ABŞ Məxfi Xidmətinin nümayəndəsi təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə bağlı açıqlamasında qurumun qorunan şəxslərin müdafiəsi üçün müasir texnologiya və vasitələrdən istifadə etdiyini bildirib.

“ABŞ Məxfi Xidməti yüksək təhlükə şəraitində fəaliyyət göstərir və biz qorunan şəxslərin təhlükəsizliyini təmin etmək üçün qabaqcıl texnologiyalar, alətlər və metodlar tətbiq edərək mühafizə tədbirlərimizi mütəmadi olaraq təkmilləşdiririk”, – deyə qurumun nümayəndəsi qeyd edib.

banner

Əlaqəli Yazılar Xüsusi