Ev DünyaPezeşkian: “Məni öldürsələr belə, düşmən məqsədinə çata bilməyəcək”

Pezeşkian: “Məni öldürsələr belə, düşmən məqsədinə çata bilməyəcək”

by Baş Redaktor
21 Baxış

İran Prezidenti Məsud Pezeşkian ölkəsinə qarşı yönələn təhdidlərin xalqın birliyi və dəstəyi sayəsində nəticəsiz qalacağını bildirib.

Army.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Dövlət başçısı vurğulayıb ki, İran cəmiyyətinin hakimiyyətlə həmrəyliyi xarici təzyiqlərin qarşısında əsas dayaq rolunu oynayır.

Pezeşkianın sözlərinə görə, hətta ölkə rəhbərliyinə qarşı ciddi hücumlar həyata keçirilsə belə, xalqın dəstəyi davam etdiyi müddətdə qarşı tərəf istədiyinə nail ola bilməyəcək:

banner

“Xalq bizimlə olsa, düşmən məni və mənim kimi minlərlə insanı öldürsə belə, heç nəyə nail ola bilməyəcək. Biz qarşı tərəfin bütün təhdidlərinin öhdəsindən qətiyyətlə gəlmək iqtidarındayıq”.

Əlaqəli Yazılar Xüsusi