İordaniya Kralı II Abdullah ibn Al Hüseyn və Tacikistan Prezidenti Emoməli Rəhmon noyabrın ilk həftəsində Qazaxıstanda rəsmi səfərdə olacaqlar.
Army.az xəbər verir ki, bu barədə Qazaxıstanın yerli mətbuatı məlumat yayıb.
Bildirilib ki, İordaniya Kralının səfəri noyabrın 5-6-da, Tacikistan Prezidentinin səfəri isə noyabrın 5-7-də baş tutacaq. Hər iki liderin Astanada Qazaxıstan rəsmiləri ilə görüşləri nəzərdə tutulur. Danışıqlarda ikitərəfli əlaqələrin genişləndirilməsi və əməkdaşlığın perspektivləri müzakirə ediləcək.
Bundan əlavə, noyabrın 6-da Qazaxıstanın paytaxtında bir sıra ölkələrin dövlət və hökumət başçılarının iştirakı ilə Akaba Prosesi çərçivəsində sammit təşkil olunacaq.
