Almaniyanın Bavariya federal əyalətinin iqtisadiyyat naziri Hubert Ayvangerin səhhətində yaranan problemlər səbəbindən vəfat etdiyi ehtimal olunur.
Army.az xəbər verir ki, bu barədə “Der Tagesspiegel” qəzeti mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, hazırda siyasətçinin zorakılıq nəticəsində öldüyünü göstərən hər hansı əlamət aşkarlanmayıb.
Partiyadakı mənbələr bildiriblər ki, Ayvanger noyabrın 4-də səhər saatlarına planlaşdırılan müsahibəsini özünü pis hiss etdiyi üçün ləğv edib. Bundan sonra onunla əlaqə saxlamaq mümkün olmayıb.
55 yaşlı siyasətçi Berlinin “Neuer Fritz” hotelində ölü tapılıb. O, səhhətindəki problemlər səbəbindən “Azad Seçicilər” Partiyasının Berlində yeni nümayəndəliyinin açılışında iştirak etməyib.
Qeyd edək ki, Ayvanger “Azad Seçicilər” Partiyasının sədri, Bavariyanın iqtisadiyyat naziri və federal əyalətin baş naziri Markus Zöderin müavini idi.
Onun ölümünün dəqiq səbəbi hələlik rəsmi şəkildə müəyyən edilməyib.
