ABŞ Prezidenti Donald Trampın müşavirləri aralıq seçkilərdə Respublikaçılar Partiyasının məğlub olacağı təqdirdə İsrailə qaçaraq oradan siyasi sığınacaq istəmək ehtimalını zarafatla müzakirə ediblər.
Army.az xəbər verir ki, bu barədə Trampın müşaviri və komandasının baş sosioloqu Toni Fabricio səsverməyə altı gün qalmış yüksək vəzifəli köməkçilərin və siyasi strateqlərin iştirakı ilə keçirilən qapalı videokonfrans zamanı danışıb.
Fabricio zarafatla həmkarlarına İsraildən siyasi sığınacaq istəməyi təklif edib. Trampın digər müşaviri, strateq Ceyms Bler isə buna istehzalı şəkildə cavab verərək, ən azı İsrailin Baş naziri Benyamin Netanyahunun qalib gəldiyini və onları qoruyacağını deyib.