Hörmüz boğazının şərq hissəsində iki neft tankerinin dəniz minalarına düşdüyü və hərəkətsiz qaldığı bildirilir.
Army.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.
Qurumun açıqlamasına əsasən, insident nəticəsində hər iki gəmidə yanğın başlayıb və tankerlər hərəkət qabiliyyətini itirib.
SEPAH iddia edir ki, gəmilər naviqasiya və identifikasiya sistemlərini əvvəlcədən söndürüblər. Onların ABŞ hərbi qüvvələrinin dəstəyi ilə İranın icazə vermədiyi marşrutlardan istifadə etməyə çalışdıqları bildirilir.
Hadisə nəticəsində tankerlərin heyət üzvlərinin vəziyyəti, mümkün itkilər və gəmilərə dəyən ziyanın miqyası barədə hələlik ətraflı məlumat açıqlanmayıb.
