Ev Dünyaİrandan Putinə xüsusi mesaj: Müctəba Xameneinin müraciətinin məqsədi aydın oldu

İrandan Putinə xüsusi mesaj: Müctəba Xameneinin müraciətinin məqsədi aydın oldu

by Baş Redaktor
77 Baxış

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayinin Moskvaya səfərinin əsas missiyası ölkənin Ali Rəhbəri Müctəba Xameneinin müraciətini Rusiya Prezidenti Vladimir Putinə çatdırmaq olub.

Army.az xəbər verir ki, bu barədə İran Ali Milli Təhlükəsizlik Şurası katibinin müavini Əli Baqiri Qəni məlumat verib.

Onun sözlərinə görə, Rezayi ilə Putin arasında keçirilən və təxminən üç saat davam edən danışıqlarda iki ölkənin əməkdaşlıq gündəliyi və gələcək tərəfdaşlığın prioritetləri müzakirə olunub.

Baqiri Qəni görüş zamanı Müctəba Xameneinin rəhbərliyi dövründə Tehran-Moskva əlaqələrinin inkişaf perspektivlərinin də diqqət mərkəzində olduğunu bildirib.

banner

İranlı rəsmi Rusiya qazının İrana çatdırılması və Şimal-Cənub nəqliyyat dəhlizinin genişləndirilməsini iki ölkə üçün xüsusi strateji əhəmiyyət daşıyan layihələr kimi xarakterizə edib.

Əlaqəli Yazılar Xüsusi