Ev TexnologiyaABŞ daha bir eskadrilyasını F-35C qırıcıları ilə silahlandırdı

ABŞ daha bir eskadrilyasını F-35C qırıcıları ilə silahlandırdı

by Baş Redaktor
74 Baxış

ABŞ Dəniz Piyadaları Korpusu aviasiya qüvvələrinin modernləşdirilməsi çərçivəsində daha bir eskadrilyanı yeni nəsil F-35C “Lightning II” qırıcıları ilə təchiz edib.

Army.az xəbər verir ki, noyabrın 5-də Şimali Karolinada yerləşən “Cherry Point” aviabazasında VMFA-115 qırıcı-hücum eskadrilyasının yenidən fəaliyyətə başlaması mərasimi keçirilib.

“Silver Eagles” adı ilə tanınan bölmə əvvəllər istifadə etdiyi F/A-18 “Hornet” təyyarələrini istismardan çıxardıqdan sonra yeni nəsil stealth qırıcılarına keçib.

Bu addım ABŞ dəniz piyadalarının Şərq sahilində təyyarədaşıyan gəmilərdən istifadə imkanına malik F-35C bölmələrinin sayını artırmaq strategiyasının tərkib hissəsidir.

banner

VMFA-115-in yenidən qurulması eyni aviabazada daha əvvəl oxşar modernləşmə mərhələsindən keçən VMFA-251 eskadrilyasının fəaliyyətini davam etdirir. Belə ki, “Cherry Point” bazası ilk F-35C qırıcılarını 2024-cü ilin sentyabrında qəbul edib, həmin ilin dekabrında isə VMFA-251 rəsmi olaraq fəaliyyətini bərpa edib.

Yeni eskadrilyanın yaradılması ABŞ Dəniz Piyadaları Korpusunun 2-ci Hava Qanadının 14-cü Hava Qrupunda F-35C donanmasının genişləndirilməsi baxımından əhəmiyyət daşıyır.

Bununla belə, VMFA-115 hələ tam əməliyyat hazırlığı statusu əldə etməyib. “Silver Eagles” bölməsinin döyüş tapşırıqlarını yerinə yetirməyə hazır sayılması üçün müvafiq sertifikatlaşdırma prosesi tamamlanmalıdır.

Əlaqəli Yazılar Xüsusi