“2022-ci ilin mayında Ukrayna ordusunun anbarlarında sonuncu mərmi də tükəndi”.
Army.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnı “Ukrainskaya Pravda” nəşrində dərc olunan müəllif məqaləsində açıqlayıb.
Onun sözlərinə görə, 2022-ci ilin aprel ayının sonu – may ayının əvvəlində Ukrayna ordusu anbarlarda mövcud olan sonuncu artilleriya mərmisindən istifadə edib.
Zalujnı bildirib ki, həmin ilin may və iyun ayları Ukrayna hərbçiləri üçün xüsusilə çətin keçib. Buna səbəb ölkənin silah-sursat ehtiyatlarının tükənməsi, Avropa dövlətlərindən gözlənilən hərbi yardımın isə hələ çatdırılmaması olub.
Xatırladaq ki, noyabrın 5-də Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Ukraynanın sülh danışıqlarına g
