Ev DünyaPezeşkian Bərzani ilə görüşdü: Regional təhlükəsizlik müzakirə olundu

Pezeşkian Bərzani ilə görüşdü: Regional təhlükəsizlik müzakirə olundu

by Baş Redaktor
79 Baxış

İran Prezidenti Məsud Pezeşkianla Şimali İraq Kürd Muxtariyyətinin rəhbəri Neçirvan Bərzani arasında görüş keçirilib.

Army.az xəbər verir ki, görüş Türkiyənin Antalya şəhərində təşkil olunan İqlim Dəyişikliyi Konfransı çərçivəsində baş tutub.

Danışıqlar zamanı regionda baş verən son proseslər və təhlükəsizlik vəziyyəti ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər müharibə və hərbi qarşıdurmaların heç bir ölkənin maraqlarına uyğun olmadığını bildirərək, mövcud fikir ayrılıqlarının həllində dialoq və diplomatik vasitələrin əhəmiyyətini vurğulayıblar.

Görüşdə, həmçinin regional təhlükəsizliyin və sabitliyin qorunması, uzunmüddətli sülhün təmin edilməsi istiqamətində ölkələrarası əməkdaşlığın əlaqələndirilməsinin vacibliyi qeyd olunub.

banner

Bundan başqa, Pezeşkian və Bərzani müxtəlif istiqamətlərdə ikitərəfli əlaqələrin və qarşılıqlı əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.

Əlaqəli Yazılar Xüsusi