ABŞ Prezidenti Donald Tramp zərurət yaranacağı halda müttəfiqlərinin müdafiəsi naminə İrana qarşı hərbi əməliyyatlara başlamaqdan çəkinməyəcəyini açıqlayıb.
Army.az xəbər verir ki, Tramp bu barədə “Salem News Channel” telekanalına müsahibəsi zamanı danışıb.
ABŞ liderindən İrana qarşı hərbi güc tətbiq etmək qərarı verməli olacağı təqdirdə tərəddüd edib-etməyəcəyi soruşulub.
“Xeyr, heç bir tərəddüd yoxdur. Hazırda bizim üçün hər şey çox yaxşı gedir”, – deyə Tramp cavab verib.
Bununla belə, o, İrana qarşı mümkün hərbi müdaxilənin hansı şəraitdə və nə zaman baş verə biləcəyi barədə konkret məlumat verməyib.
