Ev Hərbi XəbərlərRusiya Ukraynaya güclü zərbə endirdi : Ölən və yaralananlar var

Rusiya Ukraynaya güclü zərbə endirdi : Ölən və yaralananlar var

by Baş Redaktor
14 Baxış

Rusiya ordusu noyabrın 20-nə keçən gecə Ukraynanın müxtəlif şəhərlərinə pilotsuz uçuş aparatları və raketlərlə genişmiqyaslı hücumlar həyata keçirib.

Army.az xəbər verir ki, hücumlar nəticəsində Kiyevdə azı 3 nəfər həyatını itirib, daha 2 nəfər xəsarət alıb.

Kiyev meri Vitali Kliçko həlak olanların “Kiyevvodokanal” kommunal müəssisəsinin əməkdaşları olduğunu açıqlayıb. Onun məlumatına görə, paytaxtda yaralananların ümumi sayı təxminən 15 nəfərə çatıb.

Hava hücumları şəhərin bir neçə rayonunda dağıntılara və yanğınlara səbəb olub. Belə ki, yaşayış binaları ilə yanaşı, qeyri-yaşayış obyektlərində də yanğın qeydə alınıb. Bundan başqa, infrastruktur obyektlərindən biri və körpülərdən birinin ətrafındakı açıq ərazi də hücuma məruz qalıb.

banner

Xarkovda da hücum nəticəsində xəsarət alanlar var. Şəhərin Şevçenko rayonunda Rusiya dronunun xəstəxana binasına düşməsi nəticəsində 4 nəfər yaralanıb, binanın 50-dən çox pəncərəsi sınıb.

Bundan bir qədər sonra həmin rayonda yerləşən yaşayış kompleksinin də zərbəyə məruz qaldığı və ərazidə yanğın başladığı barədə məlumat yayılıb.

Əlaqəli Yazılar Xüsusi