Ev Hərbi XəbərlərUkrayna Rusiyada mühüm kimya zavodunu dronlarla vurdu

Ukrayna Rusiyada mühüm kimya zavodunu dronlarla vurdu

by Baş Redaktor
39 Baxış

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Smolensk vilayətində fəaliyyət göstərən “Dorogobuj” kimya zavodunu pilotsuz uçuş aparatları ilə hədəfə alıb.

Army.az xəbər verir ki, bu barədə ASTRA nəşri məlumat yayıb.

Məlumata görə, gecə saatlarında bölgədə dron hücumu təhlükəsi ilə bağlı xəbərdarlıq elan edilib. Bundan qısa müddət sonra Ukrayna mediası “Dorogobuj” ASC-nin sənaye ərazisinin pilotsuz uçuş aparatlarının hücumuna məruz qaldığını bildirib.

Qeyd edək ki, müəssisənin daxil olduğu “Akron” şirkətlər qrupunun əsas benefisiarı rusiyalı milyarder Vyaçeslav Kantordur.

banner

“Dorogobuj” Rusiyanın əsas mineral gübrə istehsalçılarından biri hesab olunur. Müəssisə ölkədə istehsal edilən ammonium nitratın təxminən 11 faizini təmin edir.

Əlaqəli Yazılar Xüsusi