Ev TexnologiyaSEPAH: Hörmüz boğazı yaxınlığında ABŞ dronu məhv edildi

SEPAH: Hörmüz boğazı yaxınlığında ABŞ dronu məhv edildi

by Baş Redaktor
47 Baxış

Hörmüz boğazının şərqində ABŞ-a məxsus “MQ-1 ER” tipli kəşfiyyat-zərbə PUA-sı vurulub.

Army.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, artırılmış uçuş məsafəsinə malik pilotsuz aparat SEPAH-ın Aerokosmik Qüvvələri tərəfindən müasir hava hücumundan müdafiə sistemi vasitəsilə dəqiq atəşlə məhv edilib.

SEPAH-ın iddiasına görə, bu, İran tərəfindən vurulan 20-ci “MQ-1” tipli aparatdır. Həmçinin qeyd olunub ki, son 24 saat ərzində ABŞ ordusuna məxsus dördüncü kəşfiyyat-zərbə PUA-sı məhv edilib.

banner

Əlaqəli Yazılar Xüsusi