Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Litvanın xarici işlər naziri Kestutis Budrislə Vilnüsdə görüş keçirib.
Army.az xəbər verir ki, Simonyanın sosial şəbəkə hesabında paylaşdığı məlumata görə, danışıqlar zamanı iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi, viza rejiminin liberallaşdırılması və Ermənistan-Avropa İttifaqı münasibətlərinin gələcək inkişafı məsələləri diqqət mərkəzində olub.
Ermənistan rəsmisi görüşün məhsuldar keçdiyini bildirib.