NATO-nun 1997-ci ildən əvvəlki sərhədlərə və hərbi mövcudluq vəziyyətinə qayıtması alyans üçün qəbulolunan variant hesab edilmir.
Army.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rütte mətbuat konfransı zamanı danışıb.
O vurğulayıb ki, alyans daxilində belə bir addımı məqsədəuyğun hesab edən tərəf yoxdur. Rüttenin sözlərinə görə, NATO-nun gələcəyi və onunla bağlı strateji qərarlar yalnız alyansın öz üzvləri tərəfindən qəbul edilir.
Baş katib əlavə edib ki, təşkilatın gələcəyinə dair qərarların qəbulunda kənar qüvvələrin mövqeyi həlledici ola bilməz.
