İraqda neftin qanunsuz yollarla mənimsənilməsi və qaçaqmalçılığı ilə bağlı aparılan araşdırma çərçivəsində bir neçə polis əməkdaşının saxlanılması barədə qərar verilib.
Army.az xəbər verir ki, bu barədə İraq Ali Məhkəmə Şurası məlumat yayıb.
İlkin araşdırmalar neft kəmərindən yanacağın qanunsuz çıxarılaraq qaçaqmalçılıq yolu ilə daşınması ehtimalını ortaya çıxarıb.
İş üzrə qəbul edilən qərara əsasən, şübhəli şəxslərdən biri ilə yanaşı, neft boru kəmərlərinin mühafizəsinə cavabdeh olan Enerji Polisi Baş İdarəsinin əməkdaşları da saxlanılmalıdır.
Məhkəmə qərarının istintaq çərçivəsində müəyyən edilmiş ilkin faktlarla əlaqədar verildiyi bildirilib.
