ABŞ Maliyyə Nazirliyi İrana qarşı “İqtisadi qəzəb” adlı yeni əməliyyata start verib. Bu addımın məqsədi Tehrana maksimum təzyiq göstərərək onu “daha düzgün seçim” etməyə vadar etməkdir.
Army.az xəbər verir ki, bu barədə ABŞ-ın müdafiə naziri Pit Heqset açıqlama verib.
Onun sözlərinə görə, maliyyə naziri Skott Bessent və Maliyyə Nazirliyinin komandası iqtisadi təzyiqi daha da gücləndirən bu təşəbbüsü həyata keçirir.
Heqset bildirib ki, kampaniya İran hökumətinin bütün strukturlarını əhatə edəcək. O vurğulayıb ki, ABŞ qüvvələri əvvəllər genişmiqyaslı hərbi əməliyyatlardan yüksək səviyyəli blokadaya keçid edib və bunu yenidən, daha sürətli və daha güclü şəkildə təkrarlamaq imkanına malikdir.
