Ukrayna tərəfi Rusiya qüvvələrinin Kupyansk istiqamətində yenidən qeyri-adi üsulla irəliləməyə cəhd etdiyini bildirir.
Army.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Birləşmiş Qüvvələr Qrupunun nümayəndəsi deyib ki, rus hərbçiləri qaz boru kəmərləri vasitəsilə hərəkət edərək mövqelərə yaxınlaşmağa çalışır.
Onun sözlərinə görə, ərazi üzrə keçən boru xətləri ciddi şəkildə zədələnmiş olsa da, bəzi bölmələr həmin marşrutdan istifadə etməyə cəhd edir. Xüsusilə Golubivka istiqamətində yerləşən boru xətti bu cəhdlərdə istifadə olunur.
Rəsmilər bunun əvvəl də müşahidə olunduğunu, lakin infrastrukturun vəziyyətinin belə hərəkətləri çətinləşdirdiyini qeyd ediblər.
