ABŞ administrasiyası İranın ali dini lideri Müctəba Xameneinin həyatda olduğu qənaətindədir.
Army.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio məlumat yayıb.
Rubio bildirib ki, Vaşinqtonun əlində Xameneinin sağ olduğunu göstərən məlumatlar var və bunun əksini sübut edən hər hansı fakt mövcud deyil.
Xatırladaq ki, daha əvvəl “The Times” qəzeti kəşfiyyat mənbələrinə istinadən İran liderinin müalicə aldığı və qərarların qəbulunda fəal iştirak etmədiyi ilə bağlı məlumat yayıb.
