Ev Dünyaİran liderləri milyardlarla dolları belə gizlədib – KİV

İran liderləri milyardlarla dolları belə gizlədib – KİV

by Baş Redaktor
29 Baxış

İran hakimiyyəti gəlirləri gizlətmək və beynəlxalq sanksiyalardan yayınmaq məqsədilə mürəkkəb maliyyə sxemlərindən istifadə edir.

Army.az xəbər verir ki, bu barədə “The National Interest” nəşri məlumat yayıb.

Məqalədə qeyd olunur ki, bu sxemlər neft gəlirləri də daxil olmaqla çoxmilyardlı pul axınlarını əhatə edir və həmin vəsaitlər İranın xarici siyasətinə, həmçinin hərbi proqramlarına yönəldilir.

Nəşrin yazdığına görə, İran rəsmiləri müxtəlif ölkələrdə yurisdiksiya dəyişikliklərindən, ofşor və “shell” şirkətlərindən istifadə etməklə maliyyə əməliyyatlarının izini itirməyə çalışırlar.

banner

Məqalədə bu fəaliyyətlər “çirkli pulların yuyulması üzrə master-klass” kimi xarakterizə olunur.

Yazıda İranın ali lideri Müctəba Xameneyinin geniş beynəlxalq şəbəkə vasitəsilə təxminən 3 milyard dollar dəyərində qiymətləndirilən sərvəti gizlətdiyi açıqlanıb.

Əlaqəli Yazılar Xüsusi

Leave a Comment