Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz rəsmi səfərlə İrəvana gedib.
Army.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Bildirilib ki, onu “Zvartnots” hava limanında Ermənistan parlamentinin vitse-spikeri və Ankara-İrəvan normallaşma prosesində xüsusi nümayəndə Ruben Rubinyan qarşılayıb.
Səfərin əsas məqsədi Avropa Siyasi Birliyinin 8-ci sammitində iştirakdır. Tədbir mayın 4-də İrəvanda “Gələcəyin qurulması: Avropada birlik və sabitlik” mövzusu ətrafında keçiriləcək.
Xatırladaq ki, bu platformanın ilk toplantısı 2022-ci il oktyabrın 6-da Prague şəhərində baş tutub.
Avropa Siyasi Birliyi təxminən 50 ölkənin liderlərini bir araya gətirən platformadır. Məqsəd siyasi dialoqu genişləndirmək, əməkdaşlığı gücləndirmək və qitədə təhlükəsizlik, sabitlik və rifahı möhkəmləndirməkdir. Bu format mövcud beynəlxalq qurumları əvəz etmir, əksinə, liderlər üçün əlavə müzakirə və koordinasiya imkanları yaradır.
