Ev Hərbi XəbərlərMüdafiə sənayesində yeni mərhələ: rekord iştirak gözlənilir

Müdafiə sənayesində yeni mərhələ: rekord iştirak gözlənilir

by Baş Redaktor
29 Baxış

Türkiyənin ən iri müdafiə, aviasiya və kosmos tədbirlərindən biri olan  SAHA 2026 Beynəlxalq Sərgisi sabah İstanbul Sərgi Mərkəzində  fəaliyyətə başlayır.

Army.az xəbər verir ki, SAHA İstanbul tərəfindən təşkil edilən sərgi 400 min kvadratmetr sahədə keçiriləcək və 120-dən çox ölkədən 1700-dən artıq şirkəti bir araya gətirəcək.

Tədbirin əsas məqsədi beynəlxalq əməkdaşlığı genişləndirmək və ixrac imkanlarını artırmaqdır.

Sərgiyə 200 mindən artıq ziyarətçi və 30 mindən çox sahə üzrə mütəxəssisin qatılması gözlənilir.

banner

Proqram çərçivəsində planlaşdırılan 30 mindən çox B2B görüş bu platformanı sadəcə sərgi deyil, həm də biznes əlaqələrinin qurulduğu, təchizat zəncirinin inkişaf etdiyi və strateji tərəfdaşlıqların formalaşdığı məkana çevirəcək.

SAHA 2026-da 200-dən çox yeni məhsulun təqdim olunacağı, həmçinin 160-dan artıq müqavilənin imzalanacağı nəzərdə tutulur.

Bu rəqəmlər əvvəlki tədbirlə müqayisədə ciddi artımı göstərir və 2024-cü ildə əldə edilən 6,2 milyard dollarlıq ixrac müqavilələrinin bu il ən azı 8 milyard dollara çatdırılması planlaşdırılır.

Avropa, ABŞ və Kanada daxil olmaqla dörd qitədən geniş iştirakın gözlənildiyi sərgidə çoxsaylı rəsmi nümayəndə heyətləri və yüksək rütbəli hərbi şəxslər də yer alacaq.

Ümumilikdə 140-dan çox rəsmi nümayəndə heyəti, 800-dən artıq nümayəndə və 200-dən çox satınalma missiyasının tədbirə qatılacağı proqnozlaşdırılır.

Əlaqəli Yazılar Xüsusi

Leave a Comment