Ev DünyaKaya Kallasdan sərt mesaj: Rusiyaya qarşı yeni addım atılır

Kaya Kallasdan sərt mesaj: Rusiyaya qarşı yeni addım atılır

by Baş Redaktor
15 Baxış

Avropa İttifaqı mayın 11-də Rusiyaya qarşı yeni sanksiyalar paketini gündəmə gətirməyi planlaşdırır.

Army.az xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas açıqlama verib.

Onun sözlərinə görə, yeni məhdudiyyətlərin əsas səbəbi ukraynalı uşaqların cəbhə bölgələrindən Rusiyaya aparılması ilə bağlı iddialardır.

Kallas Aİ ölkələrinin xarici işlər nazirlərinin toplantısı öncəsi jurnalistlərə bildirib ki, Brüssel bu məsələ ilə bağlı növbəti addımı atmağa ümid edir.Müzakirə olunan tədbirlər çərçivəsində bir sıra Rusiya vətəndaşlarının Aİ-nin sanksiya siyahısına daxil edilməsi nəzərdə tutulur.Bu şəxslər üçün Avropa ölkələrinə giriş qadağası tətbiq edilə, həmçinin Aİ banklarında yerləşən aktivləri dondurula bilər.

banner

Əlaqəli Yazılar Xüsusi