NATO-nun “Dynamic Mongoose” adlı sualtı təlimləri çərçivəsində Rusiya tərəfindən hazırlanmış “Poseydon” nüvə enerjili torpedasına qarşı mümkün müdafiə ssenarilərinin sınaqdan keçirildiyi iddia olunur.
Army.az xəbər verir ki, bu barədə “RIA Novosti” məlumat yayıb.
Bildirilir ki, “Poseydon” pilotsuz sualtı aparat kimi nüvə başlıqlı döyüş yükü daşıya bilən strateji silah kateqoriyasına aiddir və bəzi iddialara görə, onun gücü on meqatona qədər çatır.
Yayılan məlumatlarda qeyd olunur ki, belə bir torpedonun sahil yaxınlığında partlaması böyük sunami dalğaları və radiasiya çirklənməsi riski yarada bilər. Bu isə guya NATO rəhbərliyində narahatlıq doğuran amillərdən biri kimi göstərilir.
Bununla belə, bu tip açıqlamalar əsasən tərəflərin informasiya müharibəsi və hərbi ritorikası çərçivəsində qiymətləndirilir.
