Rusiya artıq orta mənzilli ballistik raketlər olan “Oreşnik” sisteminin məhdud seriyalı istehsalına başlayıb, lakin onların ümumi sayı hələ də azdır.
Army.az xəbər verir ki, bu barədə “Defense Express” tərəfindən yayılan təhlildə qeyd edilib.
Məlumata görə, 2026-cı ilin aprel ayına qədər Rusiyanın arsenalında bu tip raketlərdən maksimum 10 ədəd ola bilər.
Analitiklərin sözlərinə görə, ilk və son istifadə halları arasında uzun fasilələrin olması istehsalın yavaş, lakin davamlı şəkildə başladığını göstərə bilər.
Hesabata əsasən, Rusiya hazırda ayda təxminən 1 ədəd “Oreşnik” raketi istehsal edə bilir.
Ekspertlər bildirir ki, istehsalın 2026-cı ilin fevral–mart aylarında başladığı ehtimal olunur və bu halda Rusiya indiyədək cəmi bir neçə raket istehsal etmiş ola bilər. Ümumi qiymətləndirməyə görə, may ayının sonuna qədər ölkənin arsenalında 3–4 “Oreşnik” raketi ola bilər.
