Ev DünyaFidan Moskvaya gedir: Cənubi Qafqaz gündəmdə olacaq

Fidan Moskvaya gedir: Cənubi Qafqaz gündəmdə olacaq

by Baş Redaktor
11 Baxış

Türkiyənin xarici işlər naziri Hakan Fidan iki günlük səfərlə Rusiyaya yollanacaq.

Army.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Səfər çərçivəsində onun rusiyalı həmkarı Sergey Lavrov ilə görüşü nəzərdə tutulur.

Tərəflərin müzakirə edəcəyi əsas məsələlərdən biri Cənubi Qafqazda əməkdaşlığın genişləndirilməsi perspektivləri olacaq. Danışıqlarda nəqliyyat marşrutlarının inkişafı və regional kommunikasiyaların açılması mövzularının da yer alacağı bildirilir.

banner

Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasında qeyd olunub ki, Moskva və Ankara sabit və proqnozlaşdırılan Cənubi Qafqazın formalaşmasında maraqlıdır. Bu məqsədə isə “3+3” regional əməkdaşlıq platforması çərçivəsində birgə səylərlə nail olmağın mümkün olduğu vurğulanıb.

Bəyanatda həmçinin Rusiya tərəfinin Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması prosesini dəstəklədiyi bir daha qeyd olunub.

Əlaqəli Yazılar Xüsusi