Rusiya Müdafiə Nazirliyi gecə saatlarında ölkə ərazisinə yönəldilən pilotsuz uçuş aparatlarının qarşısının alındığını bəyan edib. Nazirliyin məlumatına əsasən, hava hücumundan müdafiə qüvvələri ümumilikdə 157 dronu məhv edib.
Army.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat verib.
Açıqlamada hücumların 15 regionu əhatə etdiyi, o cümlədən Moskva bölgəsi, Krım və bir sıra vilayətlərin hədəf seçildiyi bildirilib. Bundan əlavə, Qara dəniz üzərində də pilotsuz aparatların aşkar edilərək vurulduğu qeyd olunub.
Rəsmi məlumata görə, zərərsizləşdirilən bütün hədəflər təyyarə tipli pilotsuz uçuş aparatları olub.
