Avropa müdafiə sənayesinin nəhənglərindən olan MBDA yerüstü bazadan buraxılan yeni qanadlı raketini nümayiş etdirib. LCM adlanan raket daha böyük uçuş məsafəsi və müasir müdafiə sistemlərini aşmaq qabiliyyəti ilə diqqət çəkir.
Army.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Parisdə keçirilən Eurosatory sərgisində tanıdılan layihənin 2030-cu ildə istifadəyə verilməsi planlaşdırılır. Şirkət nümayəndələri bildirirlər ki, raket aşağı görünürlük texnologiyası və gücləndirilmiş maneəəleyhinə sistemlərlə təchiz olunacaq.
Ekspertlərin fikrincə, Avropanın uzaqmənzilli zərbə imkanlarını artırmaq cəhdləri fonunda LCM gələcək illərdə qitənin ən mühüm müdafiə layihələrindən birinə çevrilə bilər.
