Ev DünyaAvropaya çağırış: Hörmüz boğazı və İran razılaşması ətrafında yeni plan qüvvəyə minir

Avropaya çağırış: Hörmüz boğazı və İran razılaşması ətrafında yeni plan qüvvəyə minir

by Baş Redaktor
25 Baxış

ABŞ Prezidenti Donald Trampın G7 sammiti çərçivəsində Avropa liderləri ilə apardığı danışıqlarda İran məsələsini ön plana çıxardığı iddia olunur.

Army.az xəbər verir ki, bu barədə “Politico” məlumat verib.

Bildirilib ki, Vaşinqton Tehranla mümkün razılaşma üçün Avropanın daha fəal dəstəyini istəyib.

Nəşrin həmsöhbətlərinin bildirdiyinə görə, Tramp Avropa ölkələrinin İranla bağlı təşəbbüsləri dəstəkləməsinə və Hörmüz boğazında təhlükəsizliyin təmin olunmasına töhfə verməsinə çalışıb. İddialara əsasən, bu addımlar ABŞ vitse-prezidenti Cey Di Vensin Cenevrədə keçirilməsi nəzərdə tutulan danışıqlarından əvvəl müzakirə olunub.

banner

Mənbələrin sözlərinə görə, ABŞ tərəfi İran istiqamətində həm siyasi bəyanatlar, həm də praktiki dəstək gözləyib. Bunun fonunda Trampın Ukraynaya dəstək məsələsində Avropa tərəfinin mövqeyini nəzərə aldığı bildirilir.

Bununla belə, ABŞ prezidenti jurnalistlərlə söhbətində Avropanın rolunu o qədər də həlledici kimi təqdim etməyərək, əlavə yardımın böyük həcmdə tələb olunmayacağını söyləyib.

Əlaqəli Yazılar Xüsusi