Ev Dünya“Onları İrana göndərin” — ABŞ bəyanat yaydı

“Onları İrana göndərin” — ABŞ bəyanat yaydı

by Baş Redaktor
37 Baxış

İsraildəki ABŞ səfiri Mike Hakabi HƏMAS və “Hizbullah”la bağlı diqqətçəkən açıqlama verib.

Army.az xəbər verir ki, bu barədə o, sosial media hesabında paylaşım edib.

Səfir paylaşımında İranın İsrailin “Hizbullah”a qarşı fəaliyyətini dayandırmasını tələb etdiyini xatırladaraq, öz təklifini irəli sürüb.

Hakabi bildirib ki, HƏMAS-ın tərksilah olunması Qəzza ilə bağlı hər hansı sülh planının əsas şərtlərindən biridir. O, həmçinin HƏMAS və “Hizbullah” üzvlərinin İrana göndərilməsini təklif edib.

banner

Amerikalı diplomatın fikrincə, belə bir addım Livan və İsraili İranın dəstəklədiyi silahlı qrupların təsirindən azad edə bilər və regionda sülh imkanlarını artırar.

Bu açıqlama sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Əlaqəli Yazılar Xüsusi