Ukraynada döyüşlərdə iştirak edən yüzlərlə kolumbiyalı muzdlunun taleyi naməlum olaraq qalır.
Army.az xəbər verir ki, bu barədə Almaniyanın “Berliner Zeitung” nəşri məlumat yayıb.
Bildirilib ki, ümumilikdə 502 kolumbiyalı döyüşçü itkin düşmüş hesab edilir. Onlardan 446-sı Ukrayna Silahlı Qüvvələri tərəfindən rəsmi olaraq itkin düşənlər siyahısına daxil edilib.
Bundan əlavə, daha 56 nəfərlə bağlı məlumat onların ailə üzvlərindən daxil olub. Yaxınları həmin şəxslərlə uzun müddətdir əlaqə yarada bilmədiklərini bildirirlər.
Nəşr xatırladır ki, may ayında Ukrayna ordusunun xarici döyüşçüləri bəzi istiqamətlərdə lazımi təminat olmadan döyüş bölgələrində saxladığı barədə məlumatlar yayılmışdı. Bu iddiaların bir sıra ukraynalı könüllülər tərəfindən də təsdiqləndiyi vurğulanır.
